Şəhid ailələrinin üzvləri və qazilər üçün Şamaxıda tibbi aksiya keçirilib


Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin  ailələrinin üzvlərinə, qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. 

"Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tibbi aksiyalar əhalinin bu həssas qrupundan olan insanlara xüsusi dövlət qayğısının daha bir nümunəsidir.   
               
Mayın 6-da “Regionalİnkişaf” İctimaiBirliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayonunda yerləşən Müalicə Diaqnostika Mərkəzində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb.  

Aksiya zamanı Şamaxı və ətraf rayonlarda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 200-ə yaxın vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib.

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarından ezam olunan həkimlər tərəfindən keçirilən müayinələrin nəticələrindən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, həmçinin zəruri dərman vasitələri ilə təmin olunublar. Digər patologiya aşkarlanan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Xəstəlik aşkarlanmış vətəndaşların növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin ediləcək.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az