Şamaxıda Qida festivalı keçirilib


Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsi çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə yeni normativ sənədlər qəbul edilir. Agentlik bu şəbəkənin genişləndirilməsi ilə bağlı işlərini davam etdirərək ayrı-ayrı bölgələrimizdə KOB evləri yaradır.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və İqtisadi və Social İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Şamaxıda Qida Festivalı təşkil edib.

Layihə ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan və Aİ tərəfindən maliyyələşdirilən layihələrdən biridir və regionlarda yerli qida məhsullarının potensialının, eləcə də yerli kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılmasını nəzərdə tutur.
Noyabrın 27-də keçirilən Qida festivalında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, Dövlət Turizm Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, fermerlər və sahibkarlar iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bölgənin tarixi kimi mətbəxin də qədim və zəngin olduğunu diqqətə çatdırıb. Bu cür festivalların Şamaxıda keçirilməsinin təsadüfi olmadığını vurğulayaraq, gələn il rayonda daha bir neçə möhtəşəm, respublika əhəmiyyətli festivalın keçiriləcəyini deyib.

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Qida Festivalının təşkilatçıları yerli və xarici qonaqlar arasında yerli ənənəvi
qidaların təşviqi və regionun qida ənənələrinə diqqəti artırmağı hədəfləyir.

Çıxışlarda vurğulanıb ki, “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi yerli fermerlərin məsləhət xidmətlərinə çıxışını yaxşılaşdırmaqla, yerli məhsulların satışı və aqroturizimin inkişafı baxımından da əhəmiyyətlidir.

Aİ tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi” yerli fermerlərin hərtərəfli və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışını yaxşılaşdırmaqla yerli məhsulların satışında və aqro-turizmin inkişafına yeni töhfə verir.

Festivaldakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə edilən uğurların nümayiş olunduğu Şamaxı Qida festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqroturizimin inkişafı baxımından diqqətəlayiqdir. Turizm sahəsində sahibkarlığın təşviqinin də KOBİA-nın fəaliyyət gündəliyində hər zaman prioritet təşkil etdiyini bildirən O.Məmmədov diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların iştirakı ilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi yaradılıb. Bənzər layihələr digər turizm bölgələrində də həyata keçiriləcək. Çıxışlarda Qida festivalının regionlarda yerli qida məhsullarının potensialının, eləcə də yerli kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılması məqsədi daşıdığı bildirilib. Festivalın keçirilməsində məqsəd, həm də qonaqlar arasında yerli ənənəvi qidaların təşviqi və regionun qida ənənələrinə diqqətin artırılması olduğu qeyd edilib


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az