OLE777 LOGIN shophairwig.com atkinsonsjewelry.com togel online
 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib


22 iyul - Milli Mətbuat Günü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib.
   Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, ölkəmizdə medianın inkişafı istiqamətində aparılan işlərdən danışaraq onlara yaradıcılıq uğurları arzulayıb.
   Çıxış edən jurnalistlər fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşərək göstərilən diqqətə görə təşəkkür ediblər.
   Sonda media nümayəndələrinə Fəxri Fərman və hədiyyələr təqdim edilib.
   Tədbirdən sonra jurnalistlərin şərəfinə süfrə açılıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az