AFFA-nın və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Tədbir Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərində təşkil edilib.
Bu layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə çərçivəsində Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.