“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı » Shirvanqazeti.az - Şirvan Qəzeti

“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı


Şamaxıda keçirilən “Shamakhi Open 2025” beynəlxalq şahmat festivalı uğurla başa çatıb. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov adına Şahmat Fondunun təşkilatçılığı ilə keçirilən bu nüfuzlu yarışa ölkəmizlə yanaşı, bir sıra xarici dövlətlərin şahmatçıları da qatılıb.

Festivalın bağlanış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Şahmat Turunun koordinatoru Raul Quliyev, turnirin direktoru Sərxan Həşimov və digər rəsmi şəxslər iştirak ediblər. Çıxış edənlər turnirin yüksək səviyyədə təşkilini vurğulayaraq iştirakçılara növbəti yarışlarda uğurlar arzulayıblar.

A qrupunda birincilik Beynəlxalq Usta Babazadə Xəzərə qismət olub. II yeri Ukraynalı qrosmeyster Bernadskiy Vitaliy, III yeri isə Beynəlxalq Usta Əhməd Xəqan tutub.
B qrupunun qalibi – Qazaxstanı təmsil edən, əslən azərbaycanlı Vəliyev Muhamməd Əli olub. Digər mükafatçılar isə Kərimli Yusif (II yer) və Cabbarlı Atilla (III yer) olublar.

Turnirin qaliblərinə müvafiq olaraq 5.000 və 1.000 manat pul mükafatları təqdim edilib.

Bağlanış nitqində turnirin direktoru Sərxan Həşimov “Shamakhi Open” festivalının uğurla keçdiyini, növbəti illərdə isə daha geniş miqyasda və artıq ənənəvi formatda keçiriləcəyini bildirib. O, bütün iştirakçıları “Vugar Gashimov Open 2025” beynəlxalq turnirinə də dəvət edib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az