20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şamaxı şəhərində anım mərasimi keçirilib



Şamaxı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edib. 
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, rayon rəhbərliyi tərəfindən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, məzarlar üzərinə tər çiçəklər düzülüb.
Daha sonra Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarları ziyarət edilib və ailələrinə başsağlığı verilib.
Anım gününə həsr olunmuş dəyirmi masada çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza  Bayramov, şəhid anası Güllü Babaşova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Hacı Mərəhməd Mustafayev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, rayon Ağsaqqallar Şurasının sədri Mail Alıcanov və YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin bəşəriyyət tarixində ən faciəli günlərdən biri olduğunu vurğulayaraq Azərbaycan xalqına, dinc, silahsız insanlara qarşı həyata keçirilən hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildiriblər. Natiqlər həmçinin xalqımızın hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad etdiyini, bu qanlı tarix barədə həqiqətlərin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının bütün dünyaya çatdırıldığını vurğulayıblar.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

  • 27.12.2024, 09:49 "HƏR ŞEY YAXŞI OLACAQ!"
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az