OLE777 LOGIN shophairwig.com atkinsonsjewelry.com togel online
 Nazir Fərid Əhmədov Şamaxı şəhərində vətəndaşları qəbul edib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Nazir Fərid Əhmədov Şamaxı şəhərində vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov 19 avqust tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib. 
Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az