Diaspor gəncləri ilə görüş keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Diaspor gəncləri ilə görüş keçirilib


“Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” çərçivəsində təşkil olunan panellərdən birində rəsmi şəxslər iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Tahir Mirkişili, “Regional İnkişaf” İctimai Birliyinin rəsmisi Cəmil Əliyev diaspor gəncləri ilə görüşüblər.
Görüşdə dövlətin gənclər siyasəti, xaricdə yaşayan gənclərin şəbəkələşməsi, qaçqın və məcburi köçkün gənclərin problemləri ilə bağlı diaspor gənclərinin fəaliyyəti, könüllülük hərəkatının formalaşmasında gənclərin əsas funksiyaları və s. kimi mövzularda çıxışlar olub. Bununla yanaşı, paneldə Xocalı soyqırımı haqqında videotəqdimat keçirilib.
Sonra gənclərlə geniş və maraqlı müzakirə aparılıb, onların sualları cavablandırılıb.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az