booked.net

Şamaxı: hər gün zəmilərə 40-dək kombayn çıxarılır


Şamaxı rayonunda bu mövsüm 40 min 440,3 hektar sahədə taxıl biçiləcək. Hazırda rayonun cənub ərazilərində, o cümlədən Ovculu, Hacıqədirli, Bağırlı, Mərzəndiyyə, Məlikçobanlı, Dağ Bağırlı kəndlərində və Sabir qəsəbəsində biçin sürətlə davam edir.
Belə ki, cari mövsümdə əkin sahələrinin 30 min 620,5 hektarı buğda, 9 min 819,8 hektarı isə arpadır. Hazırda hər gün zəmilərə 39 taxılbiçən kombayn çıxarılır. Hələlik zəmilərin 7 min 267 hektarında buğda, 5 min 211 hektarında isə arpa biçilib. Sahələrdən 26 min 176,4 ton məhsul götürülüb. Orta məhsuldarlıq 20,9 sentner təşkil edir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az