Şamaxı rayonunda kartof yığımı davam edir və hələlik sahələrdən 1496 ton məhsul götürülüb.
Rayon Statistika idarəsindən bildirilib ki, carı mövsümdə 326 hektarda kartof əkilib. Əkin sahələri ötən ildəkindən 3,5 hektar çoxdur. Hələlik 220 hektarın məhsulu yığılıb və hazırda şimal dağlıq ərazilərdən yığım davam etdirilir. Rayonun cənub ərazilərində, o cümlədən Kələxana, Qurdtəpə, Adnalı, Şərədil, Muğanlı ərazi dairələrində məhsul toplanışı başa çatdırılıb.
Qeyd edək ki, kartofçuluq Şamaxı rayonunda ənənəvi təsərrüfat sahəsidir. Ötən il 2193 ton kartof tədarük olunan bölgədə cari mövsümdə 2300 tondan çox məhsul götürüləcəyi gözlənilir.