Şamaxıda payızlıq taxıl əkini davam etdirilir
2020-10-17Şamaxı rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq taxıl əkini kampaniyası sürətlə davam etdirilir və indiyədək 15 min 800 hektarda səpin aparılıb.
Hər gün sahələrə 200-dən çox şum traktoru, 70 səpin aqreqatı çıxarılır. Artıq 24 min hektarda şum qaldırılıb. 8700 ton birinci və ikinci reproduksiyalı toxum tədarükü olunub. İndiyədək əkilən sahələrin 13 min 200 hektarı buğda, 2600 hektarı arpadır. Hazırda bütün bölgələrdə, xüsusilə daha çox taxıl əkiləcək Qızmeydan, Göylər, Məlhəm, Nağaraxana, Mədrəsə, Sabir, Şəhriyar, Quşçu və digər bir sıra ərazi dairələrində payız əkininin optimal müddətdə və keyfiyyətli başa çatdırılması üçün ciddi səy göstərilir. Qeyd edək ki, cari mövsümdə rayonda 42 min hektarda payızlıq əkin aparılacağı proqnozlaşdırılır.