booked.net
Salyan booked.net
+27...+33° C

Şamaxıda cari mövsümdə 350 hektardan çox sahədə kartof əkiləcəyi gözlənilir


Şamaxıda cari mövsümdə 350 hektardan çox sahədə kartof əkiləcəyi gözlənilir

2021-02-22
Şamaxı rayonunda kartofçuluq xüsusilə şimal dağlıq ərazilərdə, o cümlədən Qızmeydan, Əhmədli, Nağaraxana, Çuxuryurd, Hacılı və bir sıra digər ərazi dairələrində əhalinin məşğul olduğu ənənəvi təsərrüfat sahəsidir və artıq hər yerdə əkinə hazırlıq işləri başa çatdırılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, kartofçuluqla daha çox ailə fermer təsərrüfatları və fiziki şəxslər məşğul olurlar. Ötən il bölgədə 326 hektarda kartof yetişdirilib və 2234 ton məhsul istehsal olunub. Cari mövsümdə əkin sahələrinin artacağı, 350 hektardan çox olacağı proqnozlaşdırılır.
Artıq hər yerdə şum çıxarılıb, şum altına kifayət qədər üzvi gübrə verilib, toxum tədarük olunub. Bu il də əkində daha çox öz dadı və keyfiyyəti ilə seçilən “Qızmeydanı”, “Ərdəbil”, habelə “Gədəbəy” sortlarından istifadə ediləcək. Qeyd edək ki, mart ayının ikinci ongünlüyündən kütləvi surətdə əkinə başlanacaq.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: KitabShop.az