Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər ölkə daxilində gərginliyi daha da artırmışdı. Həmin vaxt respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi, qorxaqlığı, siyasi bacarığının olmaması, hələ də sovet rejimindən ayrıla bilməməsi, müstəqil dövləti idarə etməkdə təcrübəsizliyi vəziyyəti getdikcə ağırlaşdırır, ölkəni parçalanmaq həddinə çatdırırdı. 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var –ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxmışdı.
O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari. Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri dayandırmışdı. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər. Lakin bu gün, ermənistan təcrid edilmiş vəziyyətdədir, Azərbaycan isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurub.
O illərdə ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, təcrid olunmuş vəziyyət və vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı vardı və xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
YAP Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Bakıda imkan verilmədiyi üçün təsis qurultayı Naxçıvanda keçirilmişdi. Və bununla da, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın əksəriyyətinin dəstəyi ilə ölkə Prezidenti seçildi və böhrandan çıxma prosesi başladı. 1993-2003-cü illər Azərbaycanın həlledici illəri sayılmalıdır, çünki o dövrdə dövlətçiliyin əsasları qoyulmuşdur. Nələr oldu? 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Konstitusiya qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyünün qoyduğu senzura ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı, müstəqil ölkə kimi tanınmağa başladı. Ölkəyə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı.
Bundan sonra, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verməklə, Prezident İlham Əliyevə etimad göstərdi. Azərbaycan son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atıb. 2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Prezident cənab İlham Əliyev bildirib ki, “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması”.
Azərbaycan Ordusu, gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Bəzi ermənipərəst dövlətlərin məkrli planları alt-üst oldu.
Fərəhlə bildirmək olar ki, İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuş və bu hədəfə nail olunmuşdur. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlayıb. Əraziləri işğal olunmuş, çox çətin geosiyasi vəziyyətdə olan Azərbaycan bu nailiyyətləri öz zəhməti hesabına qazanıb.
Bu gün Azərbaycanda daxili sabitlik əsas amildir. Azərbaycanda yürüdülən müdrik siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar birliyi təmin olunub. Azərbaycan Ermənistanı regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdi, onların iqtisadiyyatını çökdürdü. Azərbaycan bölgədə vəziyyəti köklü surətdə dəyişdirə bilib. Azərbaycan yeni dövrə qədəm qoyur. Yeni dövrdə siyasi dialoq daha da dərinləşdiriləcəkdir. Dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayır. YAP üzvlərini də ölkə daxilində heç bir siyasi qurumla heç bir problem olmadığını nəzərə almağa dəvət edir. Insanları çaşdırmaq lazım deyil. Daxili çəkişmələr və uğurlarımıza kölgə salmaq yalnız xəyanətdir.
Prezident qurultayda mesaj verdi ki, Ermənistan ərazi bütövlüyümüzü qəbul edəcəyi, regional əməkdaşlıq təşəbbüslərinə adekvat reaksiya verəcəyi təqdirdə, Azərbaycan Ermənistanla keçmiş düşmənçiliyi aradan qaldırmağa, bu səhifəni bağlamağa da hazırdır. Prezident həmçinin bildirib ki, biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.
Ölkəmiz artıq yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyət hökm sürür. Ölkəmizdə xalq-iqtidar birliyi davam etdiyi müddətcə qələbə daim bizim olacaq, müqaəddəs Azərbaycan bayrağı daim yüksəklərdə dalğalanacaqdır.
Vətən müharibəsini təhlil edən beynəlxalq hərbi ekspertlər Azərbaycanın XXI əsrin müharibəsini apardığını bəyan edir, hərbi taktikamızı başqa ölkələrə nümunə kimi göstərirlər. İllərdir beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, işğala ancaq Şanlı Ordumuzun gücü ilə son qoyulmuşdur. Buna görə də ordumuz daim yenilənməli, gələcəkdə baş verə biləcək hər təxribata, hətta XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki bu gün beynəlxalq hüquq işləmir, belə vəziyyətdə də ancaq güc amili həlledici rol oynayır.
Bu gün müharibədən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizin gələcəyi planlaşdırılır, uzunmüddətli dayanıqlı inkişaf təmin edilməsi, ölkəmizin qüdrətinin daha da artması və xalqımızın daim təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşaması üçün mühüm addımlar atılır.
Ölkənin inkişafı üçün ən vacib amillərdən biri siyasi sabitliyin davam etməsi, siyasi birliyin formalaşmasıdır. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası məhz bu məqsədlər üçün yenidən formalaşdırılır. Martın 5-də keçirilən qurultayında partiyanın strukturu, İdarə Heyəti və Təftiş Komissiyası yenilənib, 6 siyasi partiya YAP-a qoşulub.
Qurultayda Prezident cənab İlham Əliyevin çağırışları, yeni proqramla, gənclərlə bağlı tövsiyələri göstərir ki, yenilənmə davam edəcək, YAP yarandığı dövrdəki qədər aktiv bir təşkilata çevriləcək. O zaman ölkəni xilas missiyasını daşımış partiya bu gün Azərbaycanın bölgədəki missiyasına öz töhfəsini verəcək, bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaqdır.