Şamaxıda sahibkarlarla görüşdə beynəlxalq standartların təmin edilməsi yolları müzakirə edilib


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgələrdə sahibkarların maarifləndirilməsi sahəsində görülən ardıcıl tədbirləri davam etdirirlər.
Şamaxı rayonunda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndinin icrası ilə əlaqədar olaraq ixracatçılarla görüş keçirib.
Agentliyin şöbə müdiri Əkbər Əliyev kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması istiqamətində Strateji Yol Xəritəsində nəzərdə tutulan işlər haqqında sahibkarlara məlumat verib. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndində sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların təmin edilməsi nəzərdə tutulub. Həmin bəndə əsasən ixrac məhsullarının beynəlxalq bazarların tələblərinə uyğunlaşdırılması üçün sertifikatlaşdırma sistemi təkmilləşdiriləcək, həmçinin beynəlxalq sertifikatların alınmasında ixracatçı fermerlərə dəstək veriləcək.
Görüşdə sahibkarların sualları cavablandırılıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az