...İnsan yaranışından üzü bəri yol gələn söz karvanı. Neçə ki, bəşər övladı var, bu karvan yolundan qalmayacaq, sirləri özü ilə daşıyacaq. Bəşər övladısansa bu "gəlimli-gedimli" dünyada ən çox qalan söz olacaq.
Bu səbəbdəndir ki, böyük söz ustadı Seyid İmaməddin Nəsiminin həyatı bir insan ömrünü aşıb, əsrlərə yoldaş oldu. İnsan oğlunu mənəvi kamilliyə səsləyən, bəyana sığmayan böyük şairin böyük sözü onu ucaltdl, bu günə çatdırdı.
Mütəxəssislər Nəsimi poeziyasını İnsanın qüdrəti haqqında himnə bənzədirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Bir gündə 650 min ağac əkək" təşəbbüsü dahi söz ustadına ehtiramın daha bir ifadəsi oldu. O, mütəfəkkir şair Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə həyata keçiriləcək aksiya, həm də kökü bu torpağa bağlı olan Nəsiminin əbədiyaşar poeziyasını Vətənin köksündə göyərən, ətraf aləmə saflıq, könül oxşayan gözəllik bəxş edən təbiət incisinə bənzərlik ifadəsini özündə əks etdirir.
Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsünün sədası Şamaxıya çatanda rayon sakinlərinin sevinci köksünə sığmadı. Elə həmin gündən hazırlıq işlərinə başlanıldı. Rayon sakinləri təbiətimizə gözəllik gətirəcək ağacəkmə kampaniyasını böyük səbirsizliklə gözləyirlər.
Ərazilərin birində dahi sənətkar Nəsiminin təsvirini canlandıran kiçik meşənin də salınması nəzərdə tutulub. Bu məqsədlə rayona dizayner də dəvət olunub. "Bir gündə 650 min ağac əkilməsi" təşəbbüsü noyabr ayında reallaşdırılacaq. Bu, dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırmaq, ekoloji problemlərin həllində birgə fəaliyyət göstərməəy çağırışdır.
...Nəsimi insanları kamilliyə səsləyirdi. Bu yol Nəsimi poeziyasının dərkindən keçir. Yoxsa, o, həqiqət işığına qovuşa bilməz:
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu, quş dilidir,bunu Süleyman bilir ancaq.
Könül Məmmədova
“Şirvan”.az
Vətən torpağında göyərən şair 650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq


Tarix :21.10.2019, 09:32
Oxunma :2 802
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
16.09.2025, 13:33
20 Sentyabr – Dövlət Suverenliyi Günü
14.09.2025, 11:47
Şamaxıda Üzüm və Şərab Festivalı Başlayıb
13.09.2025, 15:31
Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib
13.09.2025, 14:59
Şamaxıda Talassemiya və digər qan xəstəliklərinə dəstək üçün qanvermə aksiyası keçirilib
11.09.2025, 19:17
Şamaxı rayonunun Əhmədli və Hacılı kəndlərində səyyar qəbul keçirilib
8.09.2025, 20:49
Şamaxıda ali təhsil uğurlarına həsr olunmuş görüş
4.09.2025, 19:22
Şamaxıda ulduzlara açılan pəncərə: astronomiyanın aktual problemləri müzakirə olundu
4.09.2025, 19:01
Şamaxıda səyyar qəbullar davam edir
29.08.2025, 21:58
Şamaxıda səyyar qəbullar: sakinlərin müraciətləri diqqət mərkəzində
29.08.2025, 09:45
Şamaxıda müasir körpələr evi-uşaq bağçalarının açılışı olub
28.08.2025, 21:10
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi: Vaşinqton razılaşması və Azərbaycanın strateji prioritetləri
25.08.2025, 14:21
26 Avqust – Laçın şəhəri günüdür
25.08.2025, 12:27
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlıqda yeni səhifə açıldı
11.08.2025, 13:51
Prezident İlham Əliyev: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”
1.08.2025, 06:24
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür