Şamaxıda “Sağlam Sabahlar Naminə” tədbiri keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda “Sağlam Sabahlar Naminə” tədbiri keçirilib


17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Şamaxı Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə “Sağlam Sabahlar Naminə” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev və digər səhiyyə nümayəndələri iştirak ediblər.

Çıxışlarda ölkədə səhiyyə sahəsinin inkişafı, tibbi infrastrukturun müasirləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Tibb işçiləri peşə bayramı münasibətilə təbrik edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup tibb işçisinə Fəxri fərman və Təşəkkürnamələr təqdim edilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az