OLE777 LOGIN OLE777 shophairwig.com atkinsonsjewelry.com
 Nizami Məqbərəsinə ziyarət » Shirvanqazeti.az - Şirvan Qəzeti

Nizami Məqbərəsinə ziyarət


2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar tədbirlərin keçirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında da Tədbirlər Planı təsdiq olundu. Tədbirlər planına əsasən silsilə tədbilər – elmi praktik konfrans, dəyirmi masa keçirilmiş və filialın kitabxanasında Niizami Gəncəvinin yaradıcılığını əks etdirən sərgi təşkil edilmişdir. Belə tədbirlərin davamı olaraq filialın kollektivinin Gəncə şəhərinə - Nizami Məqbərəsinə ziyarəti təşkil olundu. Ziyarətdə filialın əməkdaşları ilə birgə bir neçə tələbəsi də iştirak edirdi.
Tədbir zamanı filialın direktoru, dosent Tünzalə Yusifova Nizami Gəncəvinin həyat və yaradıcılığından danışaraq qeyd etdi ki, cənab Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami ili” elan olunması ədəbiyyat tariximizə, mili-mənəvi dəyərlərimizə göstərilən diqqətin bariz nümunəsidir.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az