Şamaxı şəhərinin sabit və etibarlı su təchizatı üçün yeni mənbənin yaradılmasına başlanılıb
Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir. Yeni yaradılan mənbədən şəhərə saniyədə 80-100 litr suyun verilməsi nəzərdə tutulur. Su mənbəyində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı, 1 ədəd su nasos stansiyası inşa edilib. Yeni su mənbəyindən Şamaxı şəhərinə içməli suyun verilməsi məqsədilə 19 kilometrlik magistral su kəməri tikilib. Şəhərin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 5000 kubmetr olan 4 yeni su anbarı da inşa olunub. Hazırda sugötürücü qurğuda tikinti işləri davam etdirilir. Mənbə istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq.
“Şirvan.az”
Kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq


Tarix :4.06.2019, 09:05
Oxunma :1 867
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
16.09.2025, 13:33
20 Sentyabr – Dövlət Suverenliyi Günü
14.09.2025, 11:47
Şamaxıda Üzüm və Şərab Festivalı Başlayıb
13.09.2025, 15:31
Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib
13.09.2025, 14:59
Şamaxıda Talassemiya və digər qan xəstəliklərinə dəstək üçün qanvermə aksiyası keçirilib
11.09.2025, 19:17
Şamaxı rayonunun Əhmədli və Hacılı kəndlərində səyyar qəbul keçirilib
8.09.2025, 20:49
Şamaxıda ali təhsil uğurlarına həsr olunmuş görüş
4.09.2025, 19:22
Şamaxıda ulduzlara açılan pəncərə: astronomiyanın aktual problemləri müzakirə olundu
4.09.2025, 19:01
Şamaxıda səyyar qəbullar davam edir
29.08.2025, 21:58
Şamaxıda səyyar qəbullar: sakinlərin müraciətləri diqqət mərkəzində
29.08.2025, 09:45
Şamaxıda müasir körpələr evi-uşaq bağçalarının açılışı olub
28.08.2025, 21:10
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi: Vaşinqton razılaşması və Azərbaycanın strateji prioritetləri
25.08.2025, 14:21
26 Avqust – Laçın şəhəri günüdür
25.08.2025, 12:27
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlıqda yeni səhifə açıldı
11.08.2025, 13:51
Prezident İlham Əliyev: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”
1.08.2025, 06:24
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür