"Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı tərəfindən söylənilən bu fikirlər bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətində vətəndaş amili hər zaman ön planda olub. Bu gün tam əminliklə deyə bilərik ki, Şamaxıda da vətəndaş amili hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsi dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin ön planda olmasından xəbər verir.
Hər həftə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən növbəti görüş aprel ayınnın 30-da Bağırlı və Hacıqədirli kənd sakinləri ilə olub. Əvvəlki görüşlərdə olduğu kimi, bu görüşdə də ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətdən, verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb, eləcə də Şamaxıda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bildirib ki, hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Görüş zamanı Bağırlı kənd sakinləri yeni məktəb binasının inşasını, Hacıqədirli kənd sakinləri isə suvarma suyu infrastrukturunun yaradılmasını əsas problem kimi qaldırmışdır. Vətəndaşlara bu problemlərin Dövlət Proqramları çərçivəsində öz həllini tapacağı bildirilmişdir
“Şirvan”. az
Bağırlı və Hacıqədirli kənd sakinləri ilə səyyar görüş keçirilib


Tarix :3.05.2019, 08:20
Oxunma :2 368
PAYLAŞ
Digər Xəbərlər


Şamaxı Kələxana Türbələr Kompleksi
17.09.2025, 11:33
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
17.09.2025, 09:49
Qarabağda Suverenliyin Bərpası: 19–20 Sentyabr Antiterror Əməliyyatı
16.09.2025, 13:33
20 Sentyabr – Dövlət Suverenliyi Günü
14.09.2025, 11:47
Şamaxıda Üzüm və Şərab Festivalı Başlayıb
13.09.2025, 15:31
Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib
13.09.2025, 14:59
Şamaxıda Talassemiya və digər qan xəstəliklərinə dəstək üçün qanvermə aksiyası keçirilib
11.09.2025, 19:17
Şamaxı rayonunun Əhmədli və Hacılı kəndlərində səyyar qəbul keçirilib
8.09.2025, 20:49
Şamaxıda ali təhsil uğurlarına həsr olunmuş görüş
4.09.2025, 19:22
Şamaxıda ulduzlara açılan pəncərə: astronomiyanın aktual problemləri müzakirə olundu
4.09.2025, 19:01
Şamaxıda səyyar qəbullar davam edir
29.08.2025, 21:58
Şamaxıda səyyar qəbullar: sakinlərin müraciətləri diqqət mərkəzində
29.08.2025, 09:45
Şamaxıda müasir körpələr evi-uşaq bağçalarının açılışı olub
28.08.2025, 21:10
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi: Vaşinqton razılaşması və Azərbaycanın strateji prioritetləri
25.08.2025, 14:21
26 Avqust – Laçın şəhəri günüdür
25.08.2025, 12:27
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlıqda yeni səhifə açıldı
11.08.2025, 13:51
Prezident İlham Əliyev: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”
1.08.2025, 06:24
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür