Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz : “Bu səfər Azərbaycan tarixini və mədəniyyətini öyrənmək baxımından çox əhəmiyyətlidir. Şamaxıya ilk dəfədir gəlirəm. İndi mənim bu bölgə barədə çox gözəl təəssüratlarım var. Bu yerlər çox səfalıdır. İnsanları da qonaqpərvərdir. Dəmirçi kəndində mətbəxinizin zənginliyinin bir daha şahidi oldum”.
Xəbər verdiyimiz kimi, Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə aprelin 19-da Şamaxı rayonuna səfər ediblər.
Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Şamaxının qədim yaşayış məskənlərindən olan Dəmirçi kəndinə gəliblər. Burada onları rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılayıb. Qısa görüşdən sonra diplomatik nümayəndəliklərin rəhbərləri kənddə arxeoloji muzeydə, sənətkarlıq emalatxanasında, habelə məsciddə olublar. Onlara kənddə aparılan arxeoloji tədqiqatlar, III əsrə aid aşkar olunan qəbirlər, yerli ustalar tərəfindən hazırlanan sənət nümunələri haqqında, eləcə də həyata keçirilən yenidənqurma, tikinti-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Şamaxı Astrofizika Rəsədxanasına gəlib, aparılan elmi tədqiqat işləri ilə maraqlanıblar.
Diplomatik korpusun rəhbərləri Şamaxı şəhəri Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus evdə olublar. Qeyd edək ki, bu ev fevralın 5-6-da baş verən zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən operativ tədbirlər nəticəsində rayonda zəlzələdən zərərçəkən digər evlər kimi Vüqar Teyfurovun evi də yenidən tikilib. Rayon icra hakimiyyətin başçısı Tahir Məmmədov qonaqlara zəlzələnin nəticələri, vətəndaşlara dəyən zərərin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Sonra diplomatik korpusun rəhbərləri Azərbaycanın və Şərq memarlığının nadir incilərindən biri, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilən Şamaxı Cümə məscidinə gəlib, onun tarixi barədə maraqlanıblar.
Bildirilib ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da qanlı soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər.
Diqqətə çatdırılıb ki, Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.
Qonaqların sonuncu səfəri Meysəri şərab zavodu olub. Burada onlar zavodun fəaliyyəti, istehsal prosesləri barədə məlumatlandırılıblar.
Şamaxıya səfərdən aldığı təəssüratı AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz deyib: “Bu səfər Azərbaycan tarixini və mədəniyyətini öyrənmək baxımından çox əhəmiyyətlidir. Şamaxıya ilk dəfədir gəlirəm. İndi mənim bu bölgə barədə çox gözəl təəssüratlarım var. Bu yerlər çox səfalıdır. İnsanları da qonaqpərvərdir. Dəmirçi kəndində mətbəxinizin zənginliyinin bir daha şahidi oldum”.
Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz: "... Şamaxıya ilk dəfədir gəlirəm..."
Tarix :20.04.2019, 09:57
Oxunma :1 758
PAYLAŞ
Digər Xəbərlər
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.
20.01.2025, 15:08
20 Yanvar faciəsinin 35-ci ildönümüdür
19.01.2025, 16:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər
17.01.2025, 19:20
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Məlcək kənd sakinləri ilə keçirilib
14.01.2025, 19:10
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Qaravəlli kənd sakinləri ilə keçirilib
9.01.2025, 20:10
Səyyar qəbul-görüşlər keçirilir, problemlər yerindəcə həll olunur
9.01.2025, 11:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib
30.12.2024, 09:21
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
28.12.2024, 09:03
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü -Hər bir azərbaycanlı üçün inam və ümid anı
27.12.2024, 09:49
"HƏR ŞEY YAXŞI OLACAQ!"
26.12.2024, 17:11
Prezident İlham Əliyev: “Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarla təsdiqləyir”
24.12.2024, 18:09
Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova Şamaxıda konsert proqramı ilə çıxış edib
24.12.2024, 18:04
Mərzəndiyyə kəndinin içməli su təminatının yaxşılaşdırılmasına dair tədbir keçirilib
24.12.2024, 17:58
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Şəhriyar qəsəbə sakinləri ilə keçirilib
24.12.2024, 09:33
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti Vətənə, xalqa, dövlətçiliyə misilsiz xidmət nümunəsidir
19.12.2024, 19:40
Prezident İlham Əliyev: “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur.”
19.12.2024, 15:36
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Böyük Xınıslı kənd sakinləri ilə keçirilib
13.12.2024, 11:30
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Çıraqlı kənd sakinləri ilə keçirilib
12.12.2024, 18:38
Şamaxıda müasir Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib