Özbəkistanın kun.uz portalı Azərbaycanın Şamaxı rayonunun Dəmirçi kəndindəki sənətkarlar, onların məişəti haqqında özbək və ingilis dillərində “Dəmirçi-Azərbaycanın qədimliyini saxlayan məskənlərdən biri” sərlövhəli geniş məqalə çap edib.
Belə ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu təşkil olunub, onlar ölkəmizin paytaxtı və regionlarla bağlı müxtəlif materiallar hazırlayıblar.
Jurnalistlər arasında olan məqalə müəllifi yazır ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindəndir, onun tarixi XV əsrə gedib çıxır. Qədimdə Güneyçay adlanan kənddə dəmirçilik sənəti inkişaf etdiyindən bu kəndə Dəmirçi adı verilib. Böyük İpək Yolu üzərində yerləşdiyindən bu kənddə bir neçə karvansara tikilib. SSRİ dövründə dağıdılan bu karvansaraların hamısı müstəqillik illərində bərpa edilib.
Dəmirçi kəndindəki məscid 755-ci ildə tikilib və Azərbaycanın ən qədim ibadətgahlarından biridir. Məscid Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edilib və dövlət başçısı bərpadan sonra birinci xanım Mehriban Əliyeva ilə birgə bu məscidi ziyarət edib.
Şamaxı rayonunun Dəmirçi kəndinin sənətkarları haqqında məqalə Özbəkistan portalında


Tarix :4.04.2019, 07:41
Oxunma :2 510
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!
4.07.2025, 18:23
“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı
3.07.2025, 21:01
Şamaxıda səyyar qəbul: Birinci və İkinci Çağan kəndlərinin inkişafı müzakirə olundu
3.07.2025, 19:41
Dədəgünəşdə səyyar qəbul: Sakinlərin müraciətləri yerində dinlənildi
3.07.2025, 18:13
Azərbaycan–Özbəkistan münasibətlərində yeni yüksəliş mərhələsi
2.07.2025, 20:28
. Azərbaycan Polisi: Dövlətçiliyin dayağı, cəmiyyətin etimad ünvanı
27.06.2025, 09:00
Şamaxı Kələxana Türbələr Kompleksi
26.06.2025, 09:08
Şamaxıda “Konstitusiya və Suverenlik İli” münasibətilə 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub
26.06.2025, 08:36
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı — Azərbaycanın enerji potensialında yeni dövr
21.06.2025, 08:28
“Eşq” ansamblı Şamaxını musiqi və ruhun sehri ilə bürüdü- REPORTAJ