Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxı rayonunda əsaslı sosial-iqtisadi tədbirlər görülür, geniş quruculuq işləri həyata keçirilir.
Şamaxının girişində gördüyünüz bu mənzərə qədim diyarın keçmiş təsərrüfat ənənələrini sizlərə xatırladacaq. Bir vaxtlar Şamaxının şöhrəti sayılan üzümçülük təsərrüfatının bu günlərdə dirçəldilməsinin əyani şahidi olacaqsınız.
Sağ-solu yaşllıqlarla bəzənən yollar sizi bu qədim diyarın əsrarəngiz gözəlliklərinə, füsunkar mənzərələrinə aparacaq.
Əsl yol mədəniyyətinin nə olduğunu, bu sahəyə rayonda necə diqqət yetirildiyinə də siz Şamaxıda şahid olacaqsınız.
Yurd zəhmət adamlarının əməyi ilə gözəlləşir. Gözoxşayan, könülrahatlayan nə varsa, hamısının mayasında insan əməyi durur.
Bu gün Şamaxı şəhərinin müxtəlif küçə və meydanlarında, park və xiyabanlarında aparılan yol tikintisi, abadlaşdırma işləri tezliklə bu qədim şəhərimizin daha müasir və turistləri daha çox cəlb edən məkanlardan biri olacağından soraq verir. Yol inşaatçılarımız bunun üçün bütün bacarığını sərf edir, gecə-gündüz çalışırlar.
Şəhərimiz füsunkar bir mənzərə alır. Ən böyük arzusu insanlarımızın firavanlığıdır. Bir də ki, qonaqlı-qaralı çox görmək bu şəhərin qədim ənənəsidir.