23 iyun 2021-ci il tarixində Şamaxı rayonunda fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Heydər Əliyev parkında açıq havada mövcud qaydalar qorunmaqla keçirilən görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət qulluqçularını təbrik edərək ölkəmizin inkişafında dövlət qulluqçularının xidmətindən geniş söhbət açaraq onlara bu yolda müvəffəqiyyətlər arzulamışdır.
Daha sonra rayon icra hakimiyyətində aparatın kollektivi ilə davam etdirilən tədbirdə Tahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2021-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Əliyev Rəşad Əlişah oğlunu təbrik etmiş, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aparatın Hüquq şöbəsinin müdiri Mənəfov Nəsimi Həsənxan oğlu, İnformasiya təminatı və təhlil sektorunun müdiri Qəniyev Təbriz Mahir oğlu və baş mütəxəssis İsmayılova Sədaqət Sahabcan qızını RİH-in Fəxri Fərmanları ilə təltif etmişdir.
Tədbirin sonunda kollektiv üzvlərinə qiymətli hədiyyələr təqdim edilmişdir.