Şamaxıda ilin ilk üç ayında 120 yeni iş yeri açılıb
2021-04-23Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir. Bölgədə təkcə cari ilin ilk üç ayında 120 yeni iş yeri açılıb. Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, yeni açılan iş yerlərinin hamısı daimidir. Daimi iş yerlərinin 1-i mövcud idarə və müəssisələrdə, 119-u isə fiziki şəxslərdədir.