Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 51-ci ili tamam olur 2020-07-14


Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 51-ci ili tamam olur
2020-07-14

14 iyul 1969-cu il Uu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Həmin dövrdə 1920-ci ildən dəfələrlə Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu il 14 iyul tarixinə kimi keçirdiyi böhranlı illər bir-birini əvəz edirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. Ulu Öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü.
Ümummilli Lider bütün fəaliyyəti boyu öz müdrik və uzaqgörən siyasəti, nadir liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə nəinki Azərbaycan, hətta bütün dünya miqyasında görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olduğunu isbat edib. Ulu Öndər hələ sovet hakimiyyəti dövründə Azərbaycan dili, iqtisadiyyatı, təhsili ilə bağlı ölkəmiz üçün bir sıra tarixi qərarlar qəbul etmiş, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır. H.Əliyev ölkədə hakimiyyətə gəlişindən sonra üzümçülüyün respublika iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirərək 1970-ci ildən başlayaraq bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Ulu Öndərin məqsədyönlü siyasəti sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başlamışdır.
Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın qədim üzümçülük zonalarından olan Şamaxı rayonunda yerli üzüm sortlarından ibarət yeni üzüm bağları salındı və ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrildi. Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxardı. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra, həmçinin, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə üzümçülüyün inkişafına dair çoxsaylı dövlət proqramlarının qəbulu sayəsində bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqətdə saxlanıldı. Bu baxımdan Prezident cənab İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Hazırda Şamaxıda Ümummilli lider Heydər Əliyevin əsasının qoyduğu sosial-iqtisadi siyasət uğurla davam etdirilir, rayon hərtərəfli inkişaf edir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az