OLE777 LOGIN OLE777 shophairwig.com atkinsonsjewelry.com
 Hikmət Şikarov Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub » Shirvanqazeti.az - Şirvan Qəzeti

Hikmət Şikarov Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub



Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
   Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun əmri ilə Hikmət Məzi oğlu Şikarov başçının birinci müavini vəzifəsinə təyin edilib.
Uzun illər Bakı şəhərinin ayrı-ayrı rayon icra hakimiyyətlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış Hikmət Şikarovun sonuncu vəzifəsi Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri olmuşdur. Ailəlidir, 3 övladı var.
   Qeyd edək ki, Hikmət Şikarov Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixdə imzaladığı Sərəncamla Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az