Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tibb işçilərinin iştirak etdiyi tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru İmran Qurbanov və həkim oftalmoloq Gülnarə Xanlarova zəngin elmi və ictimai fəaliyyəti ilə Azərbaycan cəmiyyətinə və tibb elminin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ömür yolundan söhbət açıblar.
Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.