Müzəffər Ordumuzun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Cəbrayıl və Füzulidən sonra döyüş meydanında azad olunan 3-cü şəhər Zəngilan oldu.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. 1822-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası, onun tərkibində isə Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən, Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. Zəngəzur qəzasına Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunur.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl erməni qüvvələri tərəfindən tam mühasirəyə alınmış və on minlərlə insan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirədə olan rayon sakinləri soyqırımına məruz qalmamaq üçün son çarə kimi Araz çayını keçərək xilas olmuşdular.
Oktyabrda işğal edilən Zəngilan elə oktyabr ayında da işğaldan azad edildi. Bu müjdəli xəbəri 20 oktyabr 2020-ci il tarixində xalqa 44 günlük Vətən müharibəsinin 24-cü günündə Ali Baş Komandan cənab İlham Əliyev verdi: "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"
Ali Baş Komandan bəyan edir ki, Azərbaycan Ordusu öz missiyasını yerinə yetirir, düşmənə layiqli cavab verilir, erməni əsgəri igid oğullarımızın qarşısında acizdir. Düşmənin belini qırırıq, qıracağıq!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə 2023-cü ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Zəngilan rayonunun 2020-ci ildə erməni işğalından azad olunduğu gün kimi 20 oktyabr tarixi ölkəmizdə hər il Zəngilan Şəhəri Günü kimi qeyd ediləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika 44 günlük Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməsinə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanı özünü göstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilmişdir. Məlumdur ki, bu prioritetlərə söykənən Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər prioritet olaraq əksini tapıb.
Zəngilan hər anlamda zəngin bölgələrimizdəndir. Rayonda bir sıra faydalı qazıntılar (qızıl yatağı, qara mərmər yatağı, tikinti daşı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı) vardır. Ərazidə çöküntü süxurları, bundan başqa vulkanik materiallar (yura, təbaşir çöküntüləri) yayılıb. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi dörd önəmli çay keçir. Bu çaylar da Zəngilanın zənginliyinə əlavə imkanlar qatır.
Zəngin Zəngilanın ərazisində 6 dəmir yol vağzalı, 21 dəmiryol müəssisəsi fəaliyyət göstərib. Respublikamızın dağətəyi ərazisində yerləşən Zəngilan, iqtisadi yöndən əsasən kənd təsərrüfatı istiqamətli olub, işğaladək 29 kolxoz və sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib.
Ermənistan silahlı qüvvələri Zəngilanı 29 oktyabr 1993-cü ildə işğal edib. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. O vaxt rayon əhalisi 45 mindən çox, sahəsi 730 km2 olub. İşğaldan sonra Zəngilanın əhalisi məcburi olaraq respublikanın bölgələrinə səpələnib, əsasən 43 rayonda məskunlaşıb.
İşğal zamanı Zəngilanda təkcə infrastruktur deyil, tarixi, dini memarlıq abidələri də dağıdılıb. Zəngilanda da erməni vandalizminin fəsadlarını, dağıdılmış tarixi və dini memarlıq abidələrini görmək olur. Tarixi-dini abidələrdən - İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qıraq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri. Ziyarətgahlardan - Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında, Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi. Tarixi memarlıq abidələrindən - Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şərifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi. Bütün bu tarixi-dini və tarixi abidələr, ziyarətgahlar dogma Zəngilanımızda olub, işğal zamanı isə mənfur düşmənimiz tərəfindən məhv edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ərazilərimizə səfərləri zamanı burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev 23.12.2020-ci il tarixli səfərində, Zəngilan şəhərində Azərbaycan bayrağını ucaldıb. Ölkə başçısının 14.02.2021-ci il tarixli səfəri görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi, 26.04.2021-ci il tarixli səfəri Zəngilan rayonunun sakinləri ilə görüşü, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilanda Beynəlxalq Hava Limanının və eləcə də Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimi ilə yadda qaldı. 20.10.2021-ci il tarixli səfəri Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləri ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanışlıq, “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak, Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimi və Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşlə tarixə keçdi. 26.10.2021-ci il tarixli səfərində isə Prezident Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) və Zəngilan rayonunda “Dost Aqropark” in təməlini qoyub və Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub. Prezident cənab İlham Əliyevin 27.05.2022-ci il tarixli səfəri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan məscidinin tikintisi və Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanışlıq ilə mühüm əhəmiyyət daşıyıb. Prezidentin Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirakı isə xoş anlarla yadda qaldı. 19.10.2022-ci il tarixli səfəri zamaxı Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması, Zəngilan şəhərində ilk yaşayış binasının və Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimlərində iştirak edib.
Ölkə başçısı 04.05.2023-cü il tarixli səfəri zamanı inzibati binanın təməlqoyma mərasimində, 28.09.2023-cü il tarixli səfəri zamanı isə Zəngilan Konqres Mərkəzi Kompleksinin və “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışlarında, Alıbəyli kəndinin, Zəngilan kəndinin, Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, eləcədə 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimlərində iştirak edib, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub. Prezidentin 29.09.2023-cü il tarixli səfəri zamanı 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakı isə zəngilanlıların, eləcə də xalqımızın yaddaşına xoş anlarla əbədi həkk olundu.
Erməni faşizminin işğalından əziyyət çəkən bu insanlar 30 il Azərbaycanın müxtəlif bölgələrində yaşayıblar. Dövlətimiz hər il onlar üçün 300-500 milyon dollar vəsait ayırırdı ki, yeni yaşayış məntəqələri tikilsin. Beləliklə, 300 mindən çox keçmiş məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə və fərdi evlərlə təmin edilmişdi. Bununla belə, onlar illərlə qəlblərində yurd həsrəti çəkiblər və ən böyük arzuları öz doğma obalarına dönmək olub. 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində dövlətimizin başçısının dediyi kimi: "Torpaqlarımız azad edilən kimi biz sorğu keçirdik və onların mütləq əksəriyyəti evlərinə qayıtmaq arzusunu ifadə etdilər. Bu gün artıq qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər. Yəni bunu da düzgün qiymətləndirmək lazımdır. Bu gün hər kəs urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu problemimiz uzun illərdir yaşanır - insanlar bölgələrdən, kəndlərdən şəhərə can atır. Çünki şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı olduğunu göstərir. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".
44 günlük haqq davamızda, eləcə də Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin vətənpərvərliyi, igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün qürurvericidir ki, Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri də məhz Heydər Əliyev Fondu tərəfindən məscidin bərpa edilməsidir. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Bu gün Heydər Əliyev Fondu tərəfindən məscidin bərpa olunması isə bir daha onu sübut edir ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bundan sonra da öz milli-mənəvi dəyərlərinə, dini abidələrinə sahib çıxacaqdır.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın iqtisadi inkişaf planı davamlı və dinamik bir prosesdir. Zəngilanda səfərdə olan Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bir sıra açılışlarda və yeni infrastruktur layihələrin təməlqoymasında iştirakları bunu bir daha təsdiqlədi.
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisi böyük potensiala malikdir. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa edilən hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulmuş Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.
Zəngilan rayonunda yaradılan “Dost aqropark” klaster yanaşmanın bariz nümunəsidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Artıq aqroparkda birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. İnzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, xidməti heyətin yaşayış binaları tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı reallaşdırılıb.
Bu gün “Dost aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər davam etdirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaq.
“Dost aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.
Bütün bu qeyd edilənlərə əsasən, rayonun gələcəkdə respublikamızın qida təhlükəsizliyinə önəmli töhfə verəcəyini indidən əminliklə demək olar. Təsərrüfatda 6 min baş anqus cinsindən olan qaramal saxlanılır və onların sayının 10 minə çatdırılacağı nəzərdə tutulur.
Beləliklə, dəmiryolu çəkiləndən və Zəngəzur dəhlizi açılandan sonra bu ərazi logistika baxımından mühüm önəm daşıyacaq. Belə ki, həm xaricdən bura arpa, buğda gətirmək daha rahat olacaq, həm də aqroparkın istehsal etdiyi məhsulları ixrac etmək asanlaşacaq.
Vətən müharibəsindəki Şanlı Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvanı bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.