Noyabrın 14-də Şamaxı rayonu Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.
Öncə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə Şamaxı, Qobustan və Ağsu təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib, həmçinin təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.
Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri iştirakçıların diqqətinə çatdırıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyə və tapşırıqlarını verib, onlara uğurlar arzulayıb.
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.
Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Şamaxı, Qobustan və Ağsu rayon təhsil işçiləri ilə görüşüb


Tarix :15.11.2019, 16:25
Oxunma :2 600
PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
20.01.2021, 18:09
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
20.01.2021, 15:02
20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir
20.01.2021, 11:56
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda anım mərasimi keçirilib
16.01.2021, 15:18
Prezident İlham Əliyev: Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək.
12.01.2021, 12:40
Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib
8.01.2021, 10:33
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
7.01.2021, 18:41
Tarif (qiymət) Şurasının qərarı ilə əlaqədar tövsiyələr
7.01.2021, 16:34
Dövlətin mədəniyyət siyasətində yeni strateji prioritetləri
5.01.2021, 13:45
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi
31.12.2020, 19:21
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilinizi təbrik edirik!
31.12.2020, 09:38
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətən müharibəsi şəhidlərinin övladları ziyarət edilib
24.12.2020, 11:27
İlham Əliyev Qubadlı və Zəngilan rayonlarında olub
24.12.2020, 10:14
Qalib ölkənin - Qalib Prezidenti
18.12.2020, 17:25
Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir
16.12.2020, 17:51
Pezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib
12.12.2020, 15:13
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub