Azərbaycan son üç il ərzində Ermənistan silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etsə də, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməyib, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırıb.
10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınan Ermənistanın hələ də Azərbaycanın Qarabağ bölgəsində silahlı birləşmələrinin mövcudluğu isə, sözsüz ki, regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Son bir neçə ayda həmin silahlı qüvvələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyin artmasına səbəb olub.
Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurlar.
10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınan Ermənistanın hələ də Azərbaycanın Qarabağ bölgəsində silahlı birləşmələrinin mövcudluğu isə, sözsüz ki, regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Son bir neçə ayda həmin silahlı qüvvələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyin artmasına səbəb olub.
Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurlar.
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb.
Son aylar Ermənistan və Xankəndidəki qondarma rejim davamlı olaraq sülh prosesini pozmaq üçün təxribatçı fəaliyyətini artırırdı. Rəsmi Bakı qarşı tərəfə bu təxribatçı hərəkətlərə son verməsi və bunun acı nəticələri olacağı barədə xəbərdarlıq etsə də, bunun heç bir nəticəsi olmayıb. Beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın tərəfində olduğundan dünya birliyi Bakının tələblərini haqlı hesab edərək erməniləri danışıqlara çağırsa da, nəticəsi olmurdu. Nəhayət, Azərbaycan bölgədə anti-terror tədbiri keçirməyə qərar verdi.
Bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmasında məqsəd üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi idi.
Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmırdı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Bölgədə keçirilən anti-terror tədbirlərində Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi. Tədbirlər çərçivəsində yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bu haqda Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi əvvəlcədən məlumatlandırıldı.
Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilir, onlar içməli su və ərzaqla təmin olunur. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
Sentyabrın 20-də Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov ictimaiyyətə açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. 24 saat ərzində legitim infrastrukturlar Silahlı Qüvvələrimiz tərəfindən dəqiq nöqtə atışları ilə məhv edildi və separistlər ağ bayraq qaldıraraq Azərbaycanın bütün şərtlərini qəbul etdiyini bildirdilər.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi.
Dövlətimizin başçısı müraciətində bildirdi ki, bölgədə keçirilən anti-terror tədbirləri nəticəsində xunta təslim oldu və bu zəhər yuvası artıq tarixdə qaldı: "Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur."
Prezident İlham Əliyev bəyan etdi ki, erməni sakinlərin bütün hüquqları təmin ediləcək. Bura təhsil, mədəniyyət, din hüquqları daxildir, o cümlədən, munisipal (bələdiyyə) seçki hüquqları da olacaq.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir və etnik, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabərhüquqlu vətəndaş kimi yaşayır. 44 günlük Vətən müharibəsi etnik, dini kimliyindən asılı olmayaraq, hər kəsin Azərbaycan uğrunda yumruq kimi birləşdiyinin isbatıdır. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də üçrəngli bayrağımız altında bərabərhüquqlu azad insanlar kimi yaşayacaqlar.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndələri ilə əldə edilən razılığa əsasən, yerinə yetiriləcək öhdəliklər aşağıdakılardır:
1.Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Həyata keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə olan bütün qeyri-qanuni erməni silahlı dəstələri məğlubiyyətə uğradıldı. Bundan sonra həm Azərbaycan xalqının tarixində, həm də region xalqlarının həyatında yeni bir səhifə açılır. Azərbaycan xalqı, dövləti dəmir yumruq ətrafında birləşərək güclü iradəsini ortaya qoydu.
Bölgədə anti-terror tədbirlər başlananda, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan ediblər.
23 siyasi partiyanın imzaladığı Bəyanatın sonunda xalqa çağırış edilib: "Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq."
Vətənsevər siyasi qüvvələrin Bəyanatına imza atmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdiriblər.
Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirib.
Bəyanatda həmçinin Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırıb.
Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı dəstələrinin təslim olmasından sonra artıq yeni gündəm formalaşıb. Bu gündəm erməni sakinlərin reinteqrasiyanın həyata keçirilməsi, separatçı-terrorçu rejimin onlara vurduğu ziyanın aradan qaldırılması, onların problemlərinin həll edilməsini əhatə edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib, lakin onlar hər dəfə bundan imtina ediblər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirib.
Son 30 ildə erməni əhalisinin yaşadığı ərazilərdə heç bir infrastruktur qurulmayıb, xunta rejimi bütün sərvətləri talayaraq, öz var-dövlətlərini artırıblar. Təslim olduqları günə qədər də bununla məşğul olublar. Bu vəziyyətdən ən çox əziyyət çəkən məhz erməni əhalisi olub. Onlar normal təhsildən, normal səhiyyədən məhrum olublar. Azərbaycan erməni sakinlərini bu vəziyyətdən xilas edəcək. Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru buna nümunə olaraq göstərdi.
“Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur”, - dövlət başçısı bildirib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda işğalçıların məhv etdiyi şəhər və kəndlər sıfırdan qurulur. Prezident elan etdi ki, eyni quruculuq işlərini Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda da yaradacağıq.
Sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb. Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edilib.
Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.
Yevlax görüşündə erməni sakinlərin nümayəndələrinin bütün xahişləri- yanacaq təminatı, humanitar yardım və s.- mərkəzi hakimiyyət tərəfindən qəbul olundu. Bu amil Azərbaycan dövlətinin öz vətəndaşlarının həyatına yüksək önəm verdiyini bir daha sübut edir.