Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Tamam Cəfərova bir qrup müharibə veteranı ilə görüş keçirib.


Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Tamam Cəfərova bir qrup müharibə veteranı ilə görüş keçirib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və əlillik dərəcəsi müəyyən olunmuş bir qrup müharibə veteranı iştirak edib.
Görüşdə ilk öncə Vətən uğrunda canlarından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbədən söhbət açıb. O, bildirib ki, Vətən müharibəsində olduğu kimi ötən iki il ərzində ordumuz düşmənin bütün təxribatlarına layiqli cavab vermiş, düşməni geri çəkilməyə məcbur etmişdir. Bütün dünya ordumuzun gücünün, qüdrətinin, xalqın birliyinin dövlət başıçısın ətrafında bir yumruq kimi birləşməyinin şahidi oldu.  Məhz xalqın birliyi, ordunun gücü sayəsində düşmən ağır itkilər verdi. 12-13 sentyabr təxribatlarında xalqımızın birliyi, ordunun gücü bir daha düşməni geri çəkilməyə məcbur etdi. 
Görüşdə çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova bilidirib ki, ordumuz Azərbaycan xalqının 30 ilə yaxın davam etmiş vətən, torpaq  həsrətinə son qoydu, torpaqlarımız düşmən işğalından azad edildi.  Bu qələbə Prezident cənab İlham Əliyevin həmişə qeyd etdiyi kimi, şəhidlərimizin canları, müharibə əlillərinin  sağlamlığı, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Millət vəkili qeyd edib ki, hər bir azərbaycanlı bu qələbə sevincini xalqımıza yaşadanlara minnətdardır. O, bildirib ki, dövlətimiz vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, müharibə əlillərinə, torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır.
Daha sonra müharibə iştirakçıları çıxış edərək, dövlətin onlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçı, müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov və millət vəkili Tamam Cəfərova müharibə veteranlarını narahat edən məsələlərlə, onların qayğıları ilə maraqlanıb, bu istiqamətdə birgə müzakirə aparılıb. Bəzi məsələlərin həlli istiqamətində yerindəcə müvafiq addımların atılacağı bildirilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az