booked.net

Şamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib


İyunun 26-da Şamaxı rayonunda Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Heydər Əliyev parkında açıq havada xüsusi karantin qaydalarına riayət olunmaqla Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Millət vəkili Tamam xanım Cəfərova, Hüquq mühafizə orqanlarının rəhbərləri , RİH-nin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu bu gün qələbə ilə reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti nəticəsində, zabitlərimizin və əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər yerində böyük çoşqu ilə bir qeyd edildiyini bildirib. Natiq  qeyd edib ki, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etmişdir. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin hər zaman dövlətimizin diqqəti və qayğısı əhatələnəcəyini bildirmişdir. 
Millət vəkili Tamam xanım Cəfərova 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhramanlıqdan söhbət açmışdır. Qələbənin əldə olunmasında, yaşanılan bu sevincli günlərə görə şəhidlərimizə borclu olmağımızı bildirən Tamam xanım Cəfərova vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid övladlarımızın ruhu qarşısında baş əydiyini bildirmişdir.  
Tədbirdə digər çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhməd Mustafayev və rayon ağsaqqallar şurasının sədri Mayıl Alcanov əldə olunan qələbədə Ali Baş Komandanın və Ordunun göstərdiyi xidmətlərdən geniş söhbət açaraq vətənimizin ərazi bütövlüyü uğrunda 2-ci Qarabağ müharibəsində Şamaxı rayonundan igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış 43 nəfər rayon sakinimizin xatirəsinin daima uca tutulacağının və gələcək nəsillərə örnək olacağını bildirmişlər.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçulara, qazilərə, şəhid ailələrinin üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.
            Tədbir məktəblilərin hazırladığı ədəbi kompazisiya ilə yekunlaşmışdır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
  • 10.07.2021, 11:02 YADDAŞ
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az