Şamaxıda Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması münasibətilə ağacəkmə aksiyası keçirilmişdir. » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.


Aksiya Şamaxı Rayon İcra Hakimiyyəti və 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə birgə təşkil edilmişdir. Rayonun idarə, müəssisə, təşkilatlarının kollektivlərinin, rayonda təhsil alan yuxarı sinif şagirdləri və tələbələrin, gənclərin, habelə ictimaiyyət nümayəndələrinin qatıldığı aksiya zamanı avtomobil yollarının ətraflarında, şəhərin küçə və parklarında 1000-ə yaxın həmişəyaşıl ağac əkilmişdir.
Ağacəkmə aksiyası mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində davam etdiriləcəkdir.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az