Səfər zamanı səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb. Görüş zamanı Şamaxı rayonunun tarixi, Azərbaycan mədəniyyətində və poeziyasında yeri və müasir inkişafı barədə söz açılıb.
Səfir Şamaxı şəhərində yerləşən Azərbaycanın ən qədim məscidi olan Cümə Məscidinə, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına və "Şirvan Şərabları" müəssisəsinə baş çəkib. Səfir həmçini bir qrup Yaponiya vətəndaşları tərəfindən Şamaxıya hədiyyə edilən Sakura bağına baxış keçirilib və bir daha layihə iştirakçılarına təşəkkür ifadə olunub.