Mayın 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Şamaxıda keçirdiyi işgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib.
Kreditlər heyvandarlıq, bağçılıq, üzümçülük, ayaqqabı istehsalı və sair sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 120-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Forumda Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayon üçün prioritet hesab olunan sahələr kənd turizminin inkişafı, tingçilik müəssisələrinin, eləcə də üzümçülük, kartofçuluq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar paylanıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun bu bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, cari ilin ötən dövründə 416 sahibkarın ümumi dəyəri 159,9 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 41,5 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Sahibkarların güzəştli kreditlərin alınması mexanizmi barədə sualları cavablandırılıb.
Forum çərçivəsində Şamaxıda güzəştli kredit ayrılmış üzümçülük təsərrüfatına baxış keçirilib.
“Şirvan” az
Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib


Tarix :31.05.2019, 08:12
Oxunma :1 877
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!
4.07.2025, 18:23
“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı
3.07.2025, 21:01
Şamaxıda səyyar qəbul: Birinci və İkinci Çağan kəndlərinin inkişafı müzakirə olundu
3.07.2025, 19:41
Dədəgünəşdə səyyar qəbul: Sakinlərin müraciətləri yerində dinlənildi
3.07.2025, 18:13
Azərbaycan–Özbəkistan münasibətlərində yeni yüksəliş mərhələsi
2.07.2025, 20:28
. Azərbaycan Polisi: Dövlətçiliyin dayağı, cəmiyyətin etimad ünvanı
27.06.2025, 09:00
Şamaxı Kələxana Türbələr Kompleksi
26.06.2025, 09:08
Şamaxıda “Konstitusiya və Suverenlik İli” münasibətilə 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub
26.06.2025, 08:36
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı — Azərbaycanın enerji potensialında yeni dövr
21.06.2025, 08:28
“Eşq” ansamblı Şamaxını musiqi və ruhun sehri ilə bürüdü- REPORTAJ