Şamaxıda rayon ictimaiyyətinin və səhiyyə işçilərinin iştirakı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 100- cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə öncə Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Sonra “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Emin Hüseyn, mərkəzi xəstəxananın həkimi Əzizxan Fərmanov, rayon Ağsaqqallar Şurasın sədri Mayıl Alcanov və rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər, onun yaşadığı dövr və həyatının unudulmaz məqamları, alim olmaqla yanaşı görkəmli ictimai xadim kimi də Azərbaycan tarixində xüsusi yer tutmasından söz açıblar.