22 iyul 2022-ci il tarixində Şamaxı Müalicə Diaqnostika mərkəzində “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Mehriban Eyubova, İcbari Tibbi Söğorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov, Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn rayonda fəaliyyət göstərən idarə müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olundu.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Mehriban Eyubova son illər ölkəmizdə səhiyyənin inkişafı istiqamətində görülmüş işlərdən geniş bəhs edərək icbari tibbi sığorta ilə bağlı yerlərdə əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurulayaraq bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdi.
Daha sonra çıxış edənlər , İcbari Tibbi Söğorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov və Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn icbari tibbi sığorta haqqında, həmçinin tibbi xidmətlərdən istifadə qaydaları və sığorta haqları, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və bu xidmətlərin həyata keçirildiyi dövlət və özəl tibb müəssisələri barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
Tədbir çərçivəsində qarşılıqlı diskussiya şəraitində iştirakçıları maraqlandıran suallar cavablandırıldı.