13 noyabr 2024-cü il tarixində COP-29 çərçivəsində Bolqarıstan Respublikasının Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.
Səfər zamanı qonaq Azərbaycanın ən qədim məscidi olan Cümə Məscidində olub və məscidin axundu Mərəhməd Mustafayev qonağa Azərbaycandakı multikultural mühit və dini dəyərlər bardə geniş məlumat verib.
Rayonun müasir kənd təsərrüfatı və turizm müəssələri ilə tanış olan xanım Radevaya rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.
Xanım Desislava Radeva Şamaxıya səfəri zamanı "Yaşıl dünya naminə həmrəylik ili"nə tövhə olaraq ağac əkmişdir.