Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir


Şamaxıda Heydər Əliyev Mərkəzinin və YAP rayon təşkilatı gənclər birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə "Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir" adlı videokonfrans keçirilib. Videokonfransda Milli Məclisin deputatı Tamam Cəfərova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, təhsil, mədəniyyət işçiləri, ADPU-nun tələbə və müəllim kollektivi iştirak edib.  Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova müstəqil Azərbaycanın qurucusu, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan böyük öndər Heydər Əliyevin respublikamıza rəhbərliyik etdiyi dövrlərdə Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Videokonfransda çıxış edən Tamam Cəfərova, Mayıl Alcanov, Tünzalə Yusifova qeyd ediblər ki, Ulu Öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi illər ölkə həyatında yeni bir intibah mərhələsinin başlanğıcı olub. O vaxt Azərbaycan SSRİ-nin kasıb, geridə qalmış ölkəsi idi. Amma qısa bir müddət ərzində Ulu Öndər Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Azərbaycana rəhbərliyinin ikinci dövründə də ölkəni xaos və anarxiyadan xilas edib, yeni inkişaf mərhələsinə çıxarıb. Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, zənginləşdirilməsinə çalışıb, elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşıb. Çıxışlarda Heydər Əliyevin ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyi vurğulanıb. Videokonfransda çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayon üzrə baş məsləhətçisi Rəfael Tağızadə Heydər Əliyevin Şamaxıya tarixi səfərlərindən, bu səfərlərin rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında dərin iz buraxdığından, YAP gənclər birliyinin sədri Nuranə Məmmədova gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıblar.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az