Şamaxıdakı “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun yaranmasının 101 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib


25 iyun 2019-cu il tarixdə Şamaxıdakı “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun yaranmasının 101 illiyi münasibətilə bayram tədbiri keçirilib.
 Tədbirdə rayon rəhbəri, ictimaiyyət nümayəndələri, gənclər, ziyalılar, mədəniyyət və incəsənət ustaları iştirak ediblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Ordusunun yaradılması, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, Milli Ordumuzun müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısı olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşıb.
Çıxışlardan sonra tədbir rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam edib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az