Yerlərdə şuralara inam və etibar getdikcə artır


Ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması prosesində mərkəzi və yerli icra  hakimiyyətləri yanında İctimai Şuraların fəaliyyətinin genişləndirilməsi günün vacib tələbləri sırasındadır. 

11 avqust 2023-cü il tarixində Şamaxı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilib
Yığıncaqda İctimai Şuranın sədri Eybalı Ağayev məruzə ilə çıxış edib. O, çıxışının əvvəlində Prezident İlham Əliyevin regionların, o cümlədən Şamaxının iqtisadi-sosial  inkişafına göstərdiyi böyük diqqət və qayğıdan minnətdarlıqla söz açıb və rayon sakinlərinin dəhşətli təbii fəlakətlə üzləşdiyi vaxt dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəlzələdən zərərçəkənlərlə səmimi görüşlərini xatırlayıb. Ölkə başçısının vətəndaşlarının dar günündə onlara sahib çıxması, zəlzələnin fəsadlarının tez bir zamanda aradan qaldırılması üçün zəruri tapşırıqlar verməsi dövlətin hər zaman öz vətəndaşına sahib çıxmasının ən gözəl nümunələrindən biri idi. Əhalinin sosial rifah halının ildən-ilə daha da yaxşılaşdırılması üçün həyata keçirilən dövlət proqramlarından bu gün hər bir vətəndaş faydalanır. 

Natiq daha sonra "İctimai Şuranın 2023-cü ilin birinci yarısında, həyata keçirdiyi tədbirlərin yekunu və qarşıda duran vəzifələr haqqında" iştirakçılara müfəssəl məlumat verib və vurğulayıb ki, birinci yarımildə rayonda dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılması və onların həlli yollarına dair təkliflərin hazırlanmasında İctimai Şura nəzərəçarpacaq işlər həyata keçirib.

Şura üzvləri əhalinin tələbləri və təkliflərinin operativ yerinə yetirilməsi üçün RİH başçısının və aparatın əməli köməkliyini xüsusilə qeyd ediblər. 
Qədim Şamaxının təmizliyi, müasir görkəminin qorunması, daha da abadlaşması üçün bir sıra təkliflərlə çıxış edən İctimai Şura rayonda yaşıllaşdırma aylığının keçirilməsinə, ağacların vaxtında budanması və yararsız ağacların kəsilməsini daim nəzarətdə saxlayır.  
Şura rəhbərliyinə olan müraciətlərin operativ həlli əhali arasında böyük razılıqla qarşılanır. Rayonun bir sıra yaşayış məntəqələrində, o cümlədən Göylər-Çarhan yolunda dayanacaqların qurulmasının təşəbbüskarı İctimai Şura olub. Şəhriyar qəsəbəsində su problemi həll olunmaq üzrədir. 

İctimai Şuranın iclasında yerli icra nümayəndələri və bələdiyyələrlə işlərin canlandırılması da vurğulanıb. Təəssüf hissilə qeyd olunub ki, bəzi strukturlar Dövlət başçısının imzaladığı qanunlardan yetərincə məlumatlı deyillər. Bu sahədə hələ çox iş görməliyik.

Yğıncarda Gənclər və Qadınlar komitələrinin yeni tərkibi təsdiq edilib. Qadınlar komitəsinə (11 nəfər) sədr seçilən Fatmaxanım Quliyeva etimada görə Şura üzvlərinə minnətdarlığını bildirib. Komitə sədri çıxışında “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda  ictimai nəzarətin həyata keçirilməsi üçün hüquqlar nəzərdə tutulmasının əhəmiyyətinə diqqət çəkib. Bunun ictimai nəzarətin təşkilində əhəmiyyətli rol oynadığını vurğulayıb. F.Quliyeva qadınların ictimai həyatda iştirakına daha geniş imkanların yaradılması üçün layihələr hazırlayacaqlarına və həyata keçməsi üçün çiddi təşəbbüslər göstərəcəklərini deyib. 

Gənclər komitəsinə (11 nəfər) sədr təsdiq edilən Pərvin Şirəliyeva İctimai Şuranın fəaliyyətində daha aktiv rol oynayacaqlarını söyləyib, bu əminliyi gənclərin cəmiyyətdəki fəal mövqeyi, onların təşəbbüskarlıq və yaradıcı enerjisinin, intellektual səviyyəsinin   yüksək olduğu ilə əsaslandırıb. 

İctimai Şuranın iclasında təhsil, səhiyyə, sosial və digər sahələrdə uğurlu layihələrin cari ilin növbəti yarısında da həyata keçiriləcəyinə əminlik ifadə olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az