Ətraf mühitin qorunması və mühafizəsi İctimai Şuranın da diqqət mərkəzindədir


Eybalı Ağayevin  sədrliyi ilə 3 mart 2023-cü il tarixində Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş yığıncağı keçirilmişdir

Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclasında “Rayonda yaşıllaşdırma aylığının gedişi, ağacların budanması və yararsız ağacların kəsilməsi ilə əlaqədar” Yaşıllaşdırma MMC-nin məsul işçisi  Rövşən Yolçuyevin məlumatı dinlənilmişdir.
Yığıncağda RİH-nin məsul işçisi Kamran Məmmədov, Şamaxı şəhər İƏD-nin nümayəndəsi  Asif Şirəliyev, Şamaxı şəhər İƏD-nin nümayəndəliyin müavini  İlqar Əfəndiyev, Regional Təbiəti Mühafizə idarəsinin Şamaxı rayonu üzrə məsul nümayəndəsi Rauf Əhlimanov, Regional Meşə Təsərrüfatı  İdarəsinin nümayəndəsi  Əhliman Quliyev iştirak etmişdir.
Məsələ geniş müzakirə edilmiş və tələb olunan sənədlərin  əlaqədar orqanlarla birgə hazırlanması, nəzərdə tutulan tədbirlərin həyata keşirilməsi   tövsiyə olunmuşdur.
Şura iclasında rayonda təbiətin mühafizəsinin təşkili üzrə Gülaməddin Güləliyevin sədrliyi ilə 3 nəfərdən ibarət ekspert işçi qrupu yaradılmışdır.
Yığıncağda əhalinin müraciətlərini nəzərə alaraq, eyni zamanda Mədrəsə qəsəbəsində aptekin  açılması zəruriliyi nəzərdən keçirilmişdir.
Şura üzvləri əhalinin tələbləri və təkliflərinin operativ yerinə yetirilməsində RİH başçısının və icra aparatının əməli köməkliyini minnətdarlıqla qeyd etmişdir.

“Şirvan”az


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az