Prezident İlham Əliyev 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib


Silahlı Qüvvələr Gününün azad olunmuş Kəlbəcərdə qeyd olunmasını, həmin gün  Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açıldığını böyük qürur hissilə bildirən Prezident İlham Əliyev bunu İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin sürətlə getdiyinin göstərici kimi dəyərləndirdi. Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirərək ədaləti bərpa etdi. Bu, sarsılmaz xalq-hakimiyyət-ordu birlyinin təntənəsi idi. 
 
Əlbəttə, bu Böyük Zəfər asanlıqla qazanılmadı. Prezident İlham Əliyev: "...biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik."

Dövlət başçısı İlham Əliyev çxışında qeyd etdi ki, gələcək qələbənin təmin edilməsi üçün gənc nəsli vətənpərvərlik ruhunda tərbiyəsinə ciddi diqqət yetirildi.  Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibədə qələbəni şərtləndirən amillər sırasında vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelərlə yanaşı Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsini və bütün bu amillərin vəhdətini də qeyd edib. Bunun nəticəsi olaraq cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edildi. 

Hər bir azərbaycanlı üçün qürurverici faktlardan biri də budur ki, bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər.                

Prezident İlham Əliyev: "Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik."

Ermənistan silahlı qüvvələrinin 44 günlük müharibədə heç vaxt görmədiyi sarsıdıcı zərbə aldı. Düşmən ordusunda vüsət alan panika, isterika, özlərinin etiraf etdiyi 10 min fərari, sonda məcburi kapitulyasiya aktına imza atması Ermənistanın qorxaqlığını, rəzilliyini bir daha dünyaya görk etdi. 

Prezident İlham Əliyev: "Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmadı. Budur Azərbaycan övladının ruhu, Vətənə olan bağlılığı. Qarabağın tacı olan Şuşanı - bu alınmaz qalanı alaraq biz Şuşada Azərbaycan bayrağını ucaltdıq. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və o vaxt işğal altında qalan ərazilərdən çıxmağa məcbur olub."

Azərbaycan dövləti müharibədən keçən ilyarım ərzində gecə-gündüz çalışıb ki,  ordumuzu daha da gücləndirsin, daha müasir silahlarla təchiz etsin, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaraq yerləşsin və bütün bunlara nail olundu. 

Dövlətmizin başçısı çıxışında bildirib ki, bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsinin açılışından sonra növbəti komando hərbi hissələrinin açılması da nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq.

Prezident İlham Əliyev: "Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək." 

Dövlətimizin başçısı çıxışında Ermənistan hakim dairələrinə, revanşist qüvvələrə bir daha xatırlatdı ki, bu müharibəni unutmasınlar- nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər.

Prezident İlham Əliyev çıxışında Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda hərbçilərimizin xidmət şəraitinin daha da yüksəldilmısi istiqamətində atılan addımlar haqqında da söz açdı. Bildirdi ki,   yeni hərbi hissələrin yaradılması Vətən keşikçilərinin xidmət şəraitinin yüksldilməsində əhəmiyyətli rol oynayacaq.  

Ölkə rəhbəri bu gün Ordu Günününü qürur hissilə qeyd etdiyimiz Kəlbəcərin 1993-cü ilin aprel ayında işğal altına düşdüyü faciəli günləri də xatırlatdı: "O  vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü. Beləliklə, Ermənistan öz arzularına, çoxəsrlik arzularına çatdı ki, Qarabağla, - o zaman “Dağlıq Qarabağ” adlandırılırdı, - bu bölgə ilə Ermənistan arasında canlı bağlantı olsun. Kəlbəcər, Laçın dağları bu bağlantının qabağını almışdı. Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi."

Artıq Kəlbəcər işğaldan azad olunub. Burada quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə- Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır.






Prezident İlham Əliyev 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edib

Prezident İlham Əliyev İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atıldığını qeyd edərək bu istiqamətdə aparılan işlər sırasında ilk növbədə, yeni su zavodunun tikintisinin nəzərdə tutulduğunu bildirdi. Bu gün təməli qoyulan Su zavodu yaxın perspektivdə vaxtilə məşhur olan İstisu suyunu yenidən istehsal edəcək və Azərbaycan, eləcə də xarici istehlakçılara çatdırılacaq. 
İstisu qəsəbəsində isə yeni mehmanxana inşa ediləcək və müalicə mərkəzi yaradılacaq. Vaxtılə minlərlə insanın burada dincəlməsi, öz sağlamlığını bərpa etməsi, bu gözəl təbiətdən zövq alması ənənəsini bərpa ediləcək. 
Dövlət başçısı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarının bərpasının azad edilmiş digər rayonlara nisbətən daha çətin olduğunu diqqətə çatdırdı. Bildirdi ki, hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək.
Bu istiqamətdə yolların davamlı olaraq çəkilməsi  həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Yol və elektrik enerjisi ilə bölgənin inkişafında əsas rol oynayacaq. 
Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcək.
Çətin geoloji və relyef çətinliyinə baxmayaraq 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılması nəzərdə tutulub Bu, regionun inkişafında xüsusi rol oynayacaq. 
Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az