2 iyul - Azərbaycan polisi günüdür
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 24 may 1998-ci il tarixli 710 nömrəli Fərmanı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün kimi — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının dövlətçilik maraqlarının qorunması və qanunun aliliyinin təmin olunması üçün yorulmadan çalışan Azərbaycan Polisini peşə bayramı günü münasibətilə təbrik edirik, fəaliyyətlərində daim uğur qazanmalarını arzulayırıq!