Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti, bu sahədə sahibkarlığın inkişafına verilən dəstək Şamaxı rayonunda da öz uğurlu nəticəsini göstərir. Təsadüfi deyil ki, təkcə cari ilin 6 ayında bölgədə 336 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən “Şirvan”a bildirilib ki, yarım ildə yeni açılan iş yerlərinin hamısı daimidir.
Qeyd edək ki, ilin birinci yarısında Şamaxıda “Geqal REGAL inşaat”, “Şahinoğlu qrup”, “Kaspian elektrik təchizat”, “Lovistik kompany” və bir sıra digər məhdud məsuliyyətli cəmiyyətlər fəaliyyətə başlayıb.