Pakistan Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Şamaxı rayonunda olublar


23 noyabr 2023-cü il tarixində Pakistan Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Şamaxı rayonunda olublar. Səfərin məqsədi ölkəmizin idarəetmə strukturu, sosial-iqtisadi siyasəti və höküməti tərəfindən təqdim edilən xidmətlərlə yaxından tanış olmaqdan ibarətdir.
Qonaqlar öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüblər. Görüşdə qonaqlara Şamaxının tarixi və bügünki inkişafı istiqamətləri ilə bağlı məlumat verilib.
Sonra nümayəndə heyəti Şamaxının qədim tarixi abidələrini, o cümlədən Cümə Məscidini, dahi Azərbaycan şairi Nəsiminin qardaşı Şahxəndanın türbəsini və Kələxana türbələr kompleksini ziyarət ediblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az