Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və “Həyat sözü” Xristian dini icmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı rayonuna səfəri


9 sentyabr 2022-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və “Həyat sözü” Xristian dini icmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı rayonuna səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti öncə ölkəmizin ən qədim məscidi olan Şamaxı Cümə Məscidini ziyarət edib.

Ziyarət zamanı Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov qonaqları salamlayaraq, Şamaxının tarixi, mədəniyyəti, o cümlədən, ölkəmizdəki multikultural dəyərlər barədə danışıb.

Sonra Qafqaz Müsəlmanlar İdarəsinin bölgə qazisi, Şamaxı Cümə Məscidinin imamı Mərəhmət Mustafayev məscidin tarixi və ölkəmizdə və bölgədə olan dini konfessiyalar arasındakı dostluq münasibətləri barədə söhbət açıb.

Səfər çərçivəsində nümayəndə heyəti dahi şair Nəsiminin qardaşı Şahxəndanın türbəsində olublar.

Varşava Böyük Kahinlər Seminariyasının rektoru, nümayəndə heyətinin rəhbəri Voyçex Bartkoviç və Polşanın Mədəniyyət və Mədəni İrsin Qorunması üzrə Yepiskopluğu Şurasının sədri Mixal Yanoxa nümayəndə heyəti adından Azərbaycanda, o cümlədən regionda gördükləri bəşəri dəyərlərin üstün olduğu yüksək tolerantlıq mühitindən məmnun olduqlarını və qonaqpərvərliyə görə minnətdarlığını bildiriblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az