Aprelin 5-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Şamaxı rayonunun Mirzə Ələkbər Sabir qəsəbəsində “Kütləvi çıxarış” kampaniyası keçirilib.Komitədən “Şirvan” a bildirilib ki, həmin qəsəbədən olan 200-dək sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Onlardan 100-dək sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışların əksəriyyəti pay torpaqlarına, o cümlədən fərdi yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə aid olub. Kampaniya ilə qeydiyyat xidmətləri ahıl və fiziki məhdudiyyətli sakinlərin birbaşa evlərində göstərilib. Bu dövlət tərəfindən hər bir vətəndaşa göstərilən sosial dəstəyin və qayğının nümunəsidir.
Kəndlilərin əmlaklarına dair çıxarışları elə ünvanlardaca rahat əldə etməsi onların uzun məsafə qət edərək rayon mərkəzlərinə, aidiyyəti qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmağa imkan verir. “Kütləvi çıxarış” kampaniyasının sosial əhəmiyyəti ilə yanaşı, iqtisadi faydası da var. Belə ki, pay torpaqlarının sənədləşdirilməsi, Sabir qəsəbəsindəki torpaqların rahatlıqla iqtisadi dövriyyəyə cəlb edilməsinə, ailə təsərrüfatında fəaliyyətin səmərəliliyinin artmasına imkan verir.
Torpaqlarını rəsmi qeydiyyata alan şəxslər dövlət tərəfindən verilən subsidiyalardan, güzəştlərdən yararlana bilirlər. Həmçinin bu, aqrar sahədə məşğulluğun artmasına, işsizliyinin azalmasına, o cümlədən məhsuldarlığın yüksəlməsinə səbəb olacaq.
Həmin gün 50-dək vətəndaşdan çıxarışla əvəz olunması üçün ilkin sənədlər də toplanıb. Vətəndaşlar çıxarış almaqla yanaşı, komitənin hüquqi yardım xidmətlərindən də yararlanıblar. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan kəndlilərin suallarını komitə əməkdaşları cavablandırıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.
Komitə tərəfindən paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.
Vətəndaş məmnuniyyəti və rahatlığını daim ön planda saxlayan Əmlak Məsələləri Dövlət Komitəsi keçirdiyi sosialyönümlü tədbirlərin əhatə dairəsini genişləndirir. Komitənin qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdıran, onların vaxt itkisi olmadan çıxarış əldə etməsinə imkan yaradan “Kütləvi çıxarış” kampaniyası intensiv xarakter alır.
“Kütləvi çıxarış” kampaniyası Şamaxıda


Tarix :5.04.2019, 15:26
Oxunma :1 940
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!
4.07.2025, 18:23
“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı
3.07.2025, 21:01
Şamaxıda səyyar qəbul: Birinci və İkinci Çağan kəndlərinin inkişafı müzakirə olundu
3.07.2025, 19:41
Dədəgünəşdə səyyar qəbul: Sakinlərin müraciətləri yerində dinlənildi
3.07.2025, 18:13
Azərbaycan–Özbəkistan münasibətlərində yeni yüksəliş mərhələsi
2.07.2025, 20:28
. Azərbaycan Polisi: Dövlətçiliyin dayağı, cəmiyyətin etimad ünvanı
27.06.2025, 09:00
Şamaxı Kələxana Türbələr Kompleksi
26.06.2025, 09:08
Şamaxıda “Konstitusiya və Suverenlik İli” münasibətilə 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub
26.06.2025, 08:36
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı — Azərbaycanın enerji potensialında yeni dövr
21.06.2025, 08:28
“Eşq” ansamblı Şamaxını musiqi və ruhun sehri ilə bürüdü- REPORTAJ