Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon sakinləri Ümummilli Liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər.