“Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası rayonunun Səfalı kəndində quruldu.


Avqust ayının 21-də “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası baş tutdu. “Səyyar qəbul otağı” Şamaxı rayonunun adına adekvat olan kəndində - Səfalı kəndində quruldu. İllərdi mavi yanacağın olmamasından əziyyət çəkən sakinlər öz şikayət və təkliflərini səsləndirdilər. Tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və millət vəkili Tamam Cəfərova iştirak edərək sakinlərin problemini dinlədilər. Səmimi, sadə, xalqına, dövlətçiliyinə bağlı olan yerli sakinlərin probleminin həlli üçün yerində qərar verildi. Bir yerdə olaq, problemlərimiz olmasın!


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az